"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib


Türkiyənin "Trabzonspor" klubu növbəti futbolçu transferini açıqlayıb.


"Report" Qara dəniz təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, ölkə çempionu İspaniya "Valensiya"sından Maksi Qomesi heyətinə qatıb.

Klub paylaşımda "Maksi Qomesdən böyük "Trabzonspor" azarkeşlərinə mesaj var, o da gəlir" yazıb.

26 yaşlı hücumçu ilə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Maksi Qomes 2019-cu ildən "Valensiya"da çıxış edib. Uruqvaylı forvardla Türkiyənin digər təmsilçisi "Fənərbağça" da maraqlanırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu