Millimizin oyunçusu "Trabzonspor"da




"Trabzonspor" "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadəni transfer etməyə hazırlaşır.



Bu barədə Türkiyənin "Fotomaç" saytı məlumat yayıb.

İddiaya görə, Qara dəniz təmsilçisinin skautları bir müddətdi 18 yaşlı hücumameyilli yarımmüdafiəçini izləyir. Trabzon klubu artıq onu heyətinə qatmağa qərar verib. "Trabzonspor"un Abdullazadənin transferi üçün "Sumqayıt"la danışıq apardığı bildirilir.

Qeyd edək ki, Səbuhi Abdullazadəni cari mövsümdə Premyer Liqada 12 oyuna çıxaraq 749 dəqiqə oynayaıb. O, U-21 millimizin üzvüdü.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu