"Qalatasaray" yeni transferini açıqlayıb
Türkiyənin "Qalatasaray" klubu yeni futbolçu transferini gerçəkləşdirib.
"Report" İstanbul təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, Almaniya “Leyptsiq"dən Xose Anxel Esmoris Tasende (Angelinyo) transfer edilib.
"Sarı-qırmızılar" 26 yaşlı cinah müdafiəçisinin keçidi üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.
Bundan əlavə, "Qalatasaray" ispaniya oyunçunun videosunu paylaşaraq onun Türkiyəyə yollandığını diqqətə çatdırıb.
Qeyd edək ki, Angelinyo 2020-ci ildə “Leyptsiq"ə keçib.