ABŞ Polşaya ordu üçün 2 milyard dollar kredit ayırdı


Birləşmiş Ştatlar Polşaya ordusunu modernləşdirməyə kömək etmək üçün 2 milyard dollarlıq xarici hərbi maliyyələşdirmə krediti verəcək.


ABŞ Dövlət Departamentindən verilən açıqlamada, ABŞ ilə Polşa arasında 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib.

Bəyanatda ABŞ-ın sadiq müttəfiqi olan Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb və qonşusu Ukraynaya beynəlxalq yardımın çatdırılmasında mərkəzi rol oynayan Polşanın müdafiə sərmayələri ilə regional təhlükəsizliyi gücləndirməkdə qətiyyətinə işarə edilib.

Bəyanatda qeyd edilir ki, Polşa özünün çox milyard dollarlıq iddialı müdafiə modernləşdirilməsi proqramının bir hissəsi olaraq ordusunu əhəmiyyətli dərəcədə genişləndirməyi və Rusiya mənşəli köhnə hərbi texnikanı məhv etməyi planlaşdırır.

Bəyanatda razılaşmanın Polşanın hərbi modernləşdirmə səylərini irəliləyəcəyi bildirilib və Polşaya veriləcək kreditin NATO-nun şərq cinahının müdafiə və çəkindirmə gücünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu