Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir


Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir


Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.



Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparıb, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndiriblər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib. Həmçini mobil qrupun üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə baş çəkiblər, buradakı vəziyyətlə yaxından tanış olublar. Xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılıb, karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra dezinfeksiya tədbirlərinin görülməsi labüddür. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilib.

Görüşdə obyekt sahiblərinə xidmət sahələrində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər paylanılıb. Bildirilib ki, metodiki göstərişlər müxtəlif ticarət və xidmət sahələrində çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Qeyd edək ki, əhalinin koronavirusla bağlı maarifləndirilməsi məqsədilə Tərtər şəhərinin əsas giriş küçələrində, əhalinin daha çox istifadə etdiyi ərazilərdə xüsusi lövhələr yerləşdirilib, Mərkəzi Meydanda quraşdırılmış monitor vasitəsi ilə xüsusi hazırlanmış videoçarxlar nümayiş olunur.

Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir
Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir
Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir
Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir
Tərtərdə Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu