Tərtərdə koronovirusla bağlı maarifləndirmə işləri diqqət mərkəzindədir - FOTOLAR
Tərtər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılıb.
Rayon İcra Hakimiyyətindən AFN-ə verilən məlumata görə, rayon rəhbəri Müstəqim Məmmədov vətəndaşlar arasında təbliğat işləri aparacaq mobil qrupun üzvləri ilə görüşdü, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verdi.
Sonra rayon rəhbəri şəhər ərazisində sakinlərin kütləvi olduğu yerlərdə, bazarda, ticarət obyektlərində, apteklərdə oldu, onlara lazimi tövsiyyə və tapşırıqlarını verdi. Olduğu ərazilərdə sakinlərlə fərdi qaydada söhbətlər apardı. Onlara izah olundu ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır. Əgər belə olsa virus yayılmaz, xəstələnmərik və başqa vətəndaşları infeksiyaya yoluxdurmarıq. Vəziyyət olduqca ciddidir. Bunu hər bir vətəndaş dərk etməlidir. Nə qədər evdə qalsaq, bir o qədər sağlam qalmış olarıq.
Qeyd edək ki, maarifləndirici və dizinfeksiya tədbirlər rayon icra hakimiyyəti tərəfindən gündəlik olaraq rayonun bütün yaşayış məntəqələrində aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.