Tərtərdə koronavirus pandemiyası ilə bağlı fərdi izahetmə-xəbərdarlıq işi gücləndirilib




Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Tərtər rayonunda da davam etdirilir.



Tərtər İcra Hakimiyyətindən AFN-ə verilən məlumata görə, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu