Müəllimlərin işə qəbul imtahanı ilə bağlı niyə narazılıqlar meydana gəldi?




Son günlər müəllimlərin həsrətlə gözlədiyi müəllimlərin işə qəbulu imtahanıdır.Bu gün Təhsil Nazirliyi elan etdi ki,müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır.Ancaq görünən odur ki,təkcə qeydiyyat başlamadı,kütləvi şəkildə müəllimlərin narazılığı başladı.Sosial şəbəkədə müəllimlər bu qərarla bağlı narazılıq edirlər.



Nədir narazılıq?

Nazirlikdən verilən məlumata görə,Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etməyəcəklər.Halbuki minlərlə müəllim var ki,bu imtahanı gözləyirdilər.Anasından ,balasından ,həyat yoldaşın ayrı yüzlərlə müəllim var ki,bu imtahanı gözləyirdilər.Gözləyirdilər ki,bəlkə öz doğmaları ilə birlikdə işləyə biləcək,uzun illərdir çəkdikləri həsrətə son qoyulacaq.Ancaq görünən odur ki,verilmiş qərardə nə müəllimləri,nə vətəndaşı ,nə bir başqası düşünülməyib..Biz belə isteyirik,belə də olmalıdır prinsipi doğru deyil.

Digər məqamlar hesablanıb?

Təhsil Nazirliyindən verilən məlumata görə, Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil ediləcək.Görəsən regionda hansı məktəbdə soyuducu sistemi var:Məsələn,İmişlidə 35 dərəcə istidə bu müəllim necə imtahan verəcək? Texniki təzhicat avadanları necə təmin ediləcək?Axı bu günə kimi Müəllimlərin işə qəbulu imtahanında sərinlədici sistem olub,hətta soyuq suyumuz,isti suyumuz əysik olunmayıb.Təəssüf ki,suallarımıza cavab tapa bilmirik.Builki imtahan bu qədər narazılıqla həyata keçiriləcək yoxsa qərarlarda dəyişiklik olacaq?Bu sualın cavabını zaman bizə verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu