Ermənilər Fransada türk ailəyə hücum edib - Video


Aprelin 25-də 40-a yaxın ermənidən ibarət qrup Sent-Dye-de-Voj şəhərində bir türk ailəsinin evinə hücum edib.



“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum edənlər arasında ötən il Qarabağdakı döyüşlərdə erməni işğalçılarının tərəfində vuruşan bir erməninin olduğu bildirilir.

Zərərçəkən Əli Ç. agentliyə açıqlamasında hücum zamanı ailənin evin həyətində oturduğunu bildirib: “Birdən 10 avtomobildə 40 nəfər peyda oldu. Uşağın üstünə cumdular. Məni görüb həyətə tullandılar, 40 nəfərin hamısı təkbaşına mənə hücum edib döyməyə başladılar. Arvadım yemək hazırlayırdı. Onların üstünə qaynar su tökdü və bundan sonra xilas ola bildim”.

Zərərçəkən şəxs ermənilərin qapını sındırıb evə girməyə çalışdıqlarını, ancaq oğlu və qardaşı oğlunun onların evə girməsinin qarşısını aldığını bildirib.

“Ermənilər dəyənəklə onların başlarına vururdular. Onlardan biri indi reanimasiyadadır, digərinin başına 7-8 tikiş qoyulub. Əllərində metal parçaları, bıçaqlar, silahlar var idi. Düşüncələrimi toplaya bilmədim, eyni anda 40 nəfər mənə hücum etdi. Bu çox gözlənilməz oldu. Bu gün polisə ifadə verdik. Ədaləti tələb edəcəyik” - deyə Əli Ç. əlavə edib.

O bildirib ki, 1,5 ay əvvəl ermənilər onun qardaşı oğluna hücum ediblər, lakin hüquq-mühafizə orqanları hadisəyə səssiz qalıb.

“Sonra, 24 apreldə ermənilər bu dəfə qardaşım oğlunu maşınla vurdular. Onlardan bunu etməmələrini xahiş edib, bundan sonra dava başlayıb. Evimizə edilən hücum bu hadisənin nəticəsidir”,- deyə Əli Ç. qeyd edib.

Türkiyənin Parisdəki səfiri Əli Onaner dünən Voj şəhərinin administrasiya rəhbəri İv Seq ilə görüşüb və cinayətin günahkarlarının mümkün qədər tez zamanda tutulmasına ümid etdiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu