Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” ilə ödəniləcək


Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.



Bu barədə AFN-ə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirb.

Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS- terminallar quraşdırılıb:

- Səfəvilər küçəsi 70;

- Gülüstan küçəsi 47A;

- Sabunçu qəs-Şəhər şosesi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu