“SOCAR Downstream Management”in direktoru dəyişib


Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Downstream Management” MMC-nin direktoru Mustafa Mesut İlter vəzifəsindən azad edilib.


“Report” xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Emil Aydın oğlu Alxaslıya həvalə olunub.

Xatırladaq ki, “SOCAR Downstream Management” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 501 min manatdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu