2022-ci il dövlət büdcəsi layihəsinin tərtibinə start verilib
Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamına əsasən 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib.
AFN-in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, funksional təsnifatının “təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi” pilot bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi sənədinin layihəsinin hazırlanmasına, göndəriləcək müvafiq təlimat məktubuna əsasən sifarişlərin qəbuluna başlanılacaq. Ötən ildən fərqli olaraq cari ildə pilot bölmələr üzrə proqram və tədbirlərin icrasının monitorinqi aparılacaq.
Maliyyə naziri Samir Şərifov qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun, vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib, hazırda geniş imkanlara malik yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işlərinin aparıldığını qeyd edib.