Mərkəzi Klinik Xəstəxanada oğlunun əməliyyatından imtina edilən şəhid bacısı Mehriban Əliyevaya müraciət etdi - FOTOLAR


Dövlətin vətəndaşlara tətbiq etdiyi sığorta xəttilə Mərkəzi Klinik Xəstəxanada 4 yaşlı oğlum İgidi əməliyyat etdimək üçün gətirmişdik. Amma xəstəxanada həkimlər bizdən əlavə ödəniş istədikləri üçün əməliyyatı etdirə bilmədik.


Bunu AFN-ə açıqlamasında Tovuz rayonu Vahidli kənd sakini Rüstəmova Zülfiyyə deyib. Onun sözlərinə görə oğlü Rüstəmov İgid anadangəlmə ürək qüsurludur: "Təkmədəcik doğulub. 3 aylığında Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının vasitəsilə Ukraynada Kiyev Ürək Mərkəzində əməliyyat olunub. İkinci əməliyyatı bu ərəfələrdə edilməlidir. Lakin koronavirus pandemiyasına görə xaricə aparmaq mümkün deyil. Həm də 4 il əvvəlki ilə müqayisədə indi Azərbaycanda da bu əməliyyatın keçirildiyini dedilər. Bildik ki, əməliyyat dövlət xəttilə sığortaya düşür. Ona görə də Mərkəzi Klinik Xəstəxanada uşaq ürək cərrahı ilə danışıb əməliyyatın orada olunmasına razılaşdıq. Sığortadan göndəriş alıb yaxınlaşdıq xəstəxanaya. Oğlumu elektrokardioqrama etdilər, dedilər anju da lazımdır. Amma anju etmək üçün 800 manat ödəməlisiz dedilər. Dedim mən şəhid bacısıyam, güzəşt edə bilməzsinizmi, olmazmı sığotanın verdiyi ilə razılaşasız, bizdən pul almayasız? Maddi vəziyyətimiz çox ağırdır. Qardaşım (Tovuz rayon Koxa Nəbi şəhidi Ələkbərov Murazın bacısıdır - red.) şəhid olmazdan əvvəl oğlumun müalicə xərclərini özü çəkirdi. Həmişə də deyirdi ki, ikinci əməliyyatına dəstək olacam, elə edəcəm ki, sənin oğlun yaşayacaq. Qismət elə gətirdi ki, qardaşım şəhid oldu, oğlumun əməliyyatı da ona görə payızdan indiyə qaldı. Ailəmiz ağır günlər keçirir. Bu dəqiqə mənə bir xoş baxış da bəs edir. Amma Mərkəzi Klinik Xəstəxanada nəinki xoş baxış olmadı, hətta oğlumun əməliyyatından imtina etdilər. Səbəb kimi isə qohumumuzun Dövlət Sığorta Agentliyinə zəng edib xəstəxanada tətbiq olunacaq hansısa texnologiyanın xərcini də sığorta paketinə daxil etməsi xahişi oldu. Xəstəxanada anju etməli olan Vəli həkim səs-küy saldı ki, siz gedib bizdən sığortaya şikayət etmisiniz, dünya da dağılsa sizin uşağınızı anju etməyəcəm, heç kim də məni buna məcbur edə bilməz. Halbuki biz sığortaya şikayət yox, xahiş etmişdik xərclərimizin hamısını qarşılasınlar deyə. Dövlət Sığorta Agentliyindəki gözəl insanlar da sağ olsun, razılaşmışdılar".
Z.Rüstəmovanın sözlərinə görə, MKX-dan imtina edərək övladlarının əməliyyatını başqa xəstəxanada elətdirmək qərarına gəliblər: "Sənədləri yeniləyib başqa bir xəstəxanada əməliyyatı reallaşdırmağa çalışırıq. Amma eyni zamanda çətinliklərlə də üzləşirik. Narahatçılığım var ki, sığortaya etiraz edən həkimlər bu əməliyyata yaxın durmasınlar. Artıq bunu hiss edirik. Ona görə də üzümü Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya tutaraq bir ana kimi, qəlbi qan ağlayan şəhid bacısı kimi xahiş edirəm ki, oğlumun əməliyyatı ilə bağlı əlindən gələn dəstəyi əsirgəməsin. Biz dedilər ki, Heydər Əliyev Fondunun göndərişi ilə gələn xəstələri daha məsuliyyətlə əməliyyat edirlər, onlara daha məsuliyyətli yanaşırlar. Ona görə son ümid yerim Mehriban Xanımdır. Qardaşımdan sonra oğlumu da itirsəm mən yaşaya bilmərəm".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu