Gömrükçülərdən orduya dəstək
Dövlət Gömrük Komitəsi Müdafiə Nazirliyinə xeyli miqdarda qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verib.
AFN xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, müvafiq məhkəmə qərarları ilə dövlət nəfinə müsadirə edilən və dövlət xeyrinə imtina olunan, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən xeyli miqdarda qeyri-ərzaq məhsulları, habelə 16 533 ədəd dərman preparatları və tibbi ləvazimatlar Müdafiə Nazirliyiə təhvil verilib.





