Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu
![](/uploads/posts/2021-06/1625044511_40f80198-af73-3675-9d4f-1e77d45fb59c_850.jpg)
Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri yenidən təqvimə əlavə edilib.
Bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytı məlumat yayıb.
İJF yarışın 5 - 7 noyabrda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Böyük Dəbilqənın daha əvvəl mayda təşkli nəzərdə tutulub. Lakin yarış koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi. 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış eyni səbəbdən baş tutmayıb.
Xatırladaq ki, 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib.