Naxçıvan gənclər və idman naziri vəzifəsindən niyə azad edildi? - VİDEO

Bir neçə gün bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Azad Vaqif oğlu Cabbarov gənclər və idman naziri vəzifəsindən azad olunub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, nazirin vəzifəsindən azad olunmasına səbəb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə keçirilən iclasda yatması olub. AFN-in əldə etdiyi məlumata görə isə işin məğzi tamam fərqlidir. Belə ki, məlum iclasdan əldə etdiyimiz videoda aydın görünür ki, işdən azad olunan nazir Azad Cabbarov əslində yatmayıb. O, sədrin çıxışlarından öz qeyd kitabçasında qeydlər aparmaq üçün istifadə edən zaman uyğun rakursdan görüntülənməyib və bu görüntü birmənalı qarşılanmayıb. Olay Azad Cabbarovun vəzifəsindən azad olunmasına səbəb olub.
Əldə etdiyimiz video görüntünü sizə təqdim edirik: