Naxçıvanda daha bir təyinat


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov daha bir fərman imzalayıb.


Fərmana əsasən, Rasim Hüseynbala oğlu Bağırov “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə sədr təyin edilib.

Daha öncəki sənədə əsasən, Əli Rüstəm oğlu Quliyev “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən gün V. Talıbovun fərmanı ilə Ramil Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu