Daha bir azyaşlının valideynləri narkotik aludəçisi çıxdı - Dövlət Komitəsi işə qarışdı


Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumat yerində araşdırılıb.


Bu barədə AFN-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin mətbuat xidməti rəhbəri Teymur Mərdanoğlu məlumat verib. T.Mərdanoğlu bildirib ki, komitənin təşəbbüsü ilə Suraxanı Rayon Polis İdarəsinin işçiləri, Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalarının üzvləri ilə birlikdə müəyyən olunmuş ünvana baxış keçirilib. Ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən olunub. Həmçinin onların narkotik maddələr istifadə etmələri ilə bağlı əsaslı şübhələr olduğundan, polis bölməsinə dindirilməyə dəvət ediliblər. Mənzildə olan azyaşlı uşaq isə sığınacağa yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu