İlham Əliyev Rusiyaya səfərə gedəcək


Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.


Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün olub-olmayacağı sualına Peskov “Bəli, belə bir işgüzar səfərin hazırlıqları gedir”, - deyə cavab verib.

Onun sözlərinə görə, səfər çərçivəsində hər hansı bir sənədin imzalanacağı gözlənilmir.

Səfərin iyulun 20-də baş tutacağı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu