Göyçayda şəhid ailəsi susuzluqdan əziyyət çəkir - ŞİKAYƏT+FOTOLAR


Göyçay rayon Üngütlü kənd sakini, şəhid atası İlyas Nadirov susuzluqdan şikayətçidir.


AFN-ə müraciət edən şəhid atası bildirir ki, rayonda rayonda həll edilməyən xeyli problemlər var və həmin problemlərə görə sakinlər çox əziyyət çəkirlər: "Mən Vətən Müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid mənim yeganə övladım idi. İçməli suyun olmamasına görə çox əziyyət çəkirəm. Hansı ki, kənddə həmişə bol suyu olan evimə yaxın artezan quyusunda su yoxa çıxıb. Evimdən təxminə 800 metr aralıda olan artezan quyusundan su gətirib işlədirik".
İ.Nadirov deyir ki, su probleminin həll edilməsi üçün bir neçə dəfə Göyçay Rayon İcra Hakimiyyəti başçısına, Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət edib: "Hər dəfə mənə problem tezliklə həll ediləcək desələr də, nəticə yoxdur. Mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə sağ qolum sınıb, hələ də həmin qol tam olaraq normal fəaliyyət göstərmir. Bu halda uzaqdan su daşımaq mənim işimi daha da ağırlaşdırır. Hər gün əziyyət çəkirəm".
Şəhid atası ölkə rəhbərliyindən problemin həlli istiqamətində yardım istəyir.
Məsələ ilə bağlı Göyçay RİH-dən mövqe almaq üçün müvafiq şöbənin telefonuna zəng etsək də, cavab verilmədi.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu