Marmarisdə də yanğınlar başlayıb - VİDEO


Türkiyənin Marmaris bölgəsində də yanğınlar başlayıb.


AFN xəbər verir ki, bu barədə həmin bölgədə istirahətdə olan azərbaycanlılar məlumat verib. Tanınmış azərbaycanlı jurnalist Esmira Qasımova bildirib ki, Marmarisdə istirahət məqsədilə qaldığı otelin yaxınlığında qəfildən yanğın başlayəb: "Marmarisdə də meşə yanğını başladı. Düz qaldığımız otelin arxasında. 40 dərəcə istinin bir çıxacağı vardı. Təxliyə əmri gəldi. Hər kəs təşviş içində. Yemək yediyimiz zaman sanki restorana bomba düşdü. Hamı həyəcanla qaçmağa başladı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu