Adanada da meşə yanğları başlayıb


Türkiyənin daha bir bölgəsində meşə yanğınları başlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Adana vilayətinin Karaisalı rayonunda meşə sahəsində başlayan yanğını xilasetmə qrupları havadan və qurudan müdaxilə ilə nəzarət altına almağa çalışırlar.

Yanğın Karaisalı rayonunun Körüklü məhəlləsində naməlum səbəbdən başlayıb.

Hadisə yerinə 2 söndürmə təyyarəsi, 2 helikopter və 15 su maşını cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu