Antalya yenə meşə yanğınları ilə mübarizə aparır


Antalyanın Manavqat rayonunda meşəlik ərazidə yanğın baş verib.


Yanğınsöndürən qruplarının havadan və qurudan yanğına müdaxiləsi davam edir. Yanğın Köprülü Kanyon Milli Parkında meşəlik ərazidə naməlum səbəbdən başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürmə qrupları sövq edilsə də, onlar yanğının genişlənməsinin qarşısını almaqda çətinlik çəkirlər.

Yanğına Antalya Meşə Region Müdirliyinə aid 4 helikopter, 2 yanğınsöndürmə təyyarəsi, 7 çiləyici və çoxlu sayda meşə işçisi müdaxilə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu