Yunanıstanda martın 31-də başlayan meşə yanğınları davam edir


Yunanıstanın Katerin şəhərindəki Pieria Ori meşə sahəsində martın 31-də günorta saatlarında başlayan yanğın davam edir.


Yunan mətbuatında yer alan xəbərdə bildirilir ki, xilasetmə qruplarının havadan və qurudan müdaxilə etdiyi yanğını bütün səylərə baxmayaraq, nəzarət altına almaq mümkün olmayıb.

Xəbərdə yanğının küləyin təsiri ilə Kozani şəhərinə doğru irəlilədiyi, söndürmə işlərinə 2 yanğınsöndürmə helikopteri, 59 yanğınsöndürmə qrupu və 15 yanğınsöndürmə maşınının qatıldığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu