Böyük Britaniya yanğınlara görə Yunanıstandan vətəndaşların təxliyəsini gücləndirir


Böyük Britaniyadakı hava yolları şirkətləri Yunanıstanda baş verən yanğınlar səbəbindən minlərlə britaniyalı turisti Rodos və Korfu adalarından çıxarmaq üçün təxliyə uçuşlarını sürətləndirir.


Yunanıstanın Rodos və Korfu adalarında meşə yanğınları davam edir. Burada istirahət edən minlərlə ingilis turist təcili dönüş uçuşları ilə ölkələrinə qayıdıb.

Böyük Britaniya vətəndaşlarını daşıyan təyyarələr dünən Gatwick, Heathrow, Stansted, Birmingham və Bristol hava limanlarına endiyi üçün bu gün daha çox uçuş gözlənilir.

Bəzi hava yolları şirkətləri yanğınlar səbəbiylə bölgədə qapalı qalan ingilis turistləri təxliyə etmək üçün kommersiya uçuşları ləğv etsə də, İngiltərə Xarici İşlər Nazirliyinin vətəndaşlar üçün etdiyi səyahət xəbərdarlığına baxmayaraq, Rodosa uçuşlar davam edir. Dünən Böyük Britaniya hava limanlarından Rodosa 26 uçuş həyata keçirilib.

Böyük Britaniyanın baş naziri Rişi Sunak istirahət edənləri turoperatorlarla əlaqə saxlamağa çağırıb.

Rodos adasında təxminən 10 min Britaniya vətəndaşının olduğu təxmin edilir.

Rodos adasında bir həftə əvvəl başlayan meşə yanğını nəzarətsiz şəkildə yayılmağa davam edir. İyulun 23-nə keçən gecə 19 min insan ərazidən təxliyə edilib. Yunanıstan İqlim Nazirliyindən verilən açıqlamaya görə, bu, ölkədə indiyə qədər həyata keçirilən ən böyük evakuasiya əməliyyatıdır.

Səlahiyyətlilər yanğın riskini 5-ci kateqoriyaya yüksəldiblər ki, bu da Mərkəzi və Cənubi Yunanıstanın bütün şərq hissəsində, Euboea və Rodos adalarında ən yüksəkdir.

Yunanıstanda davam edən meşə yanğınları ilə mübarizə üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki amfibiya yanğınsöndürmə təyyarəsi və bir yanğınsöndürmə helikopteri iyulun 22-də 9 nəfərlik uçuş heyəti ilə Afinaya gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu