İsveçrədə davam edən meşə yanğını 100 hektardan çox ərazini əhatə edib


İsveçrənin Vale kantonunda dünən başlayan və hələ də nəzarət altına alına bilməyən meşə yanğını 100 hektardan çox ərazini əhatə edib.


Dünən axşam saatlarında Valaisdə başlayan meşə yanğını küləyin təsiri ilə daha çox əraziyə yayılıb.

Yanğınsöndürmə işləri ilə bağlı əməliyyata məsul olan Mario Şaller işlərin davam etdiyini və küləyin artması ilə alovların yenidən yüksələ biləcəyini bildirib.

Şaller vəziyyətin hələ nəzarət altında olmadığını və müdaxilələrin bu gün gec saatlara qədər davam edəcəyini bildirib.

100 hektardan çox ərazini əhatə edən yanğınla əlaqədar ətraf kəndlərdən 200-dən çox insan təxliyə edilib.

Can itkisi və xəsarət olmayan yanğının səbəbi hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu