Oktay Gülalıyev xəstəxanadan evə buraxıldı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi yenidən ev şəraitində davam etdiriləcək.
Bununla bağlı onun oğlu Əli Gülalıyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, atasının artıq həyati təhlükəsi yoxdur və vəziyyəti müsbətə doğru irəliləyir: “Dünən axşam artıq evə köçürüldü. Müalicəsi evdə davam etdiriləcək”.
Xatırladaq ki, O. Gülalıyev ötən il 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Daha sonra isə müalicəsi ölkədə davam etdirilib.