Keçmiş diplomatdan Operativ Qərargaha etiraz: “Hamamlar niyə işləmir?”


Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, Yazıçılar Birliyinin üzvü Xeyrəddin Qoca Nazirlər Kabineti yanında Operativ Qərargaha etiraz edib.


Keçmiş diplomat Azərbaycandakı ictimai hamamların işləməsinə niyə icazə verilmədiyinə izahat istəyib: “Hamamlar niyə işləmir? Bəli, 17 aydır, hamamlar işləmir! Bu ədalətli karrantin məhdudiyyəti deyil! Otellər, idman zalları, “aquapark”larda buxar otaqları, hovuzlar, kisə və massaj xidmətinə icazə verilir, bəs hansı səbəbdən bu sadalananlar "hamam fəaliyyıti" adı altında olanda icazə verilmir? Bu cür yanaşmanın izahı nədir? Yoluxma dünyanın hər yerində olsa da, heç yerdə hamamlara məhdudiyyət yoxdur. Hamamlarla eyni vaxtda fəaliyyəti dayandırılan bütün sahələrə işləməyə icazə verildi, hətta toylar da başladı, amma 17 aydır 10.000-dən çox hamam işçilərinin haqqında düşünən yoxdur!
Hamamlara da müəyyən gün və saatda məhdud müştərilərlə “COVİD pasportu” ilə işləməyə icazə vermək mümkündür və lazımdır...”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu