Fermerlər xarici bazarlara nar çıxara bilmirlər


Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasıyasının VII Yığıncağı baş tutub.


Görüş Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilib. Görüşün əsas məqsədi Assosiasıyanın strukturunda yeni dəyişikliklərin edilməsi, narçı fermerlərin problem və təkliflərinin öyrənilməsi olub. Nəticə etibarilə 5 nəfərdən ibarət İdarə Heyyəti və İdarə Heyətinin sədri müəyyənləşdirilib. İdarə Heyətinin üzvləri arasında keçirilən səsvermə nəticəsində Azərbaycan Nar İstehsalçılar və İxracatçıları Assosiasıyasının sədri Fərhad Qaraşov yenidən sədr seçilib.

Görüşün ikinci panelində Azərbaycan Respublikasının Kənd Təsərrüfətı Nazirliyinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları narçı fermerləri problem və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Fermerlər qarşılarında duran ən böyük problem olaraq məhsullarını xarici bazarlara çıxara bilmədiklərini qeyd ediblər. Bu məsələ kütləvi narazılıq olduğundan diqqətə götürülüb və həlli istiqamətində işlərin görüləcəyi bildirilib.

Fermerlərin səmərəli gübrə-dərman vasitələrinin tələbi yerindəcə həllini tapıb, digər bir sıra məsələlər isə baxılması üzrə qeydiyyata alınıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu