Ekspert: "Köhnə telefon sahibləri “Whatsapp”da yenilənmələri bağlamalıdır"


Noyabrın 1-dən “Whatsapp” yenilənmədən sonra bir sıra mobil telefon modellərində fəaliyyətini dayandıracaq. Belə ki, mesaj mübadiəsi sistemi “Android 4.0.4” və öncəki, həmçinin “iOS 9” və daha köhnə versiyalarda işləməyəcək. Bu isə təxminən 43 model telefon deməkdir.


“Whatsapp”ın bu qərarının ictimailəşməsindən sonra sosial şəbəkələrdə istifadəçilər müəyyən müzakirələr açıb. Bəziləri isə bu məsələdən narahatlığını ifadə ediblər.

“Whatsapp”ın bu qərarını “Report”a şərh edən İKT üzrə ekspert Elvin Abbasov qeyd edib ki, şirkət bu addımı xərclərini optimallaşdırmaq üçün atıb: “Whatsapp”ın noyabrın 1-dən bəzi mobil telefonlarda fəaliyyətini dayandıracağı ilə bağlı verdiyi elan təbiidir. Əslində isə bu məsələnin izahata ehtiyacı var. Həm istifadəçilər maariflənməlidir, həm “Whatsapp” rəhbərliyinin bu addımı niyə atdığını izah etməyə ehtiyac var?!

Bildiyiniz kimi, yeni telefon modelləri buraxıldıqca daha əvvəllər buraxılan modellər köhnəlir. Mobil əlavələrdə edilən yenilənmələrin əsasında kodlaşma dayanır. Bu isə müəyyən bir heyətin əməyi nəticəsində baş tutur. İnsan resurslarından daha çox istifadə isə müəyyən xərclərin artmasına səbəb olur. Bu səbəbdən də şirkətin bu addımı atması xərclərin azaldılması və dividentlərin artırılmasına xidmət edir. “Whatsapp” araşdıranda görür ki, müəyyən modellərdə fəaliyyətə son qoyanda bu az bir həcmdə istifadəçi itirilməsi ilə nəticələnir və belə halda şirkət bu istifadəçiləri itirməyə hazırdır. Yaxud da şirkət bilir ki, həmin istifadəçilər daha müasir telefonlardan istifadə edərək öz istifadələrinə davam edəcəklər.

“Whatsapp”ın bu addımı atmasına səbəb olan ikinci amil texniki məsələdir. Texnologiya yeniləndiyinə görə, bəzi elmi-texniki yenilikləri köhnə model telefonlarda tətbiq etmək mümkün olmur. Yəni həmin telefonların konfiqurasiyaları bu yeniləmələrə imkan vermir. Yaxud da hansısa formada bu mümkün olsa beli bu həmin telefonlara və nəhayət istifadəçiyə fiziki olaraq ziyan vura bilər”.

Ekspert “Whatsapp” istifadəçilərinin istifadəyə davam etməsi üçün hansı addımlar atmalı olduqlarını da açıqlayıb: “Ümumilikdə isə “Whatsapp”ın atdığı bu addım yeniliyə doğru atılan müsbət addımdır. Amma istifadəçilər bu məqamda pis vəziyyətdə qalmamaq üçün bir sıra addımlar ata bilərlər. Köhnə model telefon istifadə edən istifadəçilər yenilənmələri bağlaya bilərlər. Əgər onlar bu yenilənməni etməsələr “Whatsapp”dan istifadəyə davam edə bilər. Adətən 2 formada yenilənmələr olur. Yəni bir “Core” (özək) versiyanın yenilənməsi, digəri isə alt versiyanın yenilənməsi. Alt versiyanın yenilənməsində “developer”lər yalnız boşluqları doldurur, amma “Core” versiyalarda isə “Whatsapp” yeniləməsi zamanı yalnız əsas fayllar saxlanır və digərləri proqramçılar tərəfindən yenidən yazılır. Sistemdə saxlanılan “Backup”lar və “login” fayllar vasitəsi ilə isə istifadəçinin yenidən qeydiyyatdan keçmədən istifadəyə davam etməsinə şərait yaradır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu