Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında düşmənə yaxınlaşma tapşırığını icra ediblər - VİDEO


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.


Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu