Azad olunmuş ərazilərlə bağlı hesabat İƏT XİNŞ-in iclasında müzakirəyə çıxarılacaq


“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Azərbaycanın işğaldan azad olunmuş mövcud vəziyyətlə bağlı hesabatı 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq”.


Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədr müavini Hacı Ali Açıkgül jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan rəsmiləri ilə görüşlər həyata keçiriləcək: “Sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəyik”.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu