Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq edib
"Cənab Prezident İlham Əliyev və möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərə sülhü vəsiyyət etmək üçün çox konstruktiv yanaşma nümayiş etdirərək, sabitliyə və əməkdaşlığa əsaslanan yeni dövrün qapısını açıblar".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Biz Ermənistan hakimiyyətinin mövcud siyasətlərini bir kənara qoyub bu tarixi fürsətdən, o cümlədən bizim "altılıq" formatında əməkdaşlıq təklifimizdən istifadə etmələrini gözləyirik. Hər kəs bilməlidir ki, gələcək kin və nifrət üzərində qurula bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Bu anlayışla tarixi məsuliyyətimiz çərçivəsində bölgəmizdə sülh, əmin-amanlıq və sabitlik üçün səylərimizi davam etdirəcəyik”, - H.Akar bildirib.