Hulusi Akardan Türkiyə-Suriya danışıqları ilə bağlı AÇIQLAMA


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə ilə Suriya arasında aparılan danışıqlarla bağlı açıqlama verib.


AFN.az Anadolu-ya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra Akar jurnalistlərin suallarını cavablandırıb. Nazir Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüşün təkrarlanıb-təkrarlanmayacağı ilə bağlı suala belə cavab verib: "Bu, bir prosesdir. 11 il sonra, iki ölkə arasındakı əlaqələr və regional sülh üçün yaxşı niyyətlə belə bir şey başladı. Ümidimiz qarşılıqlı danışıqlar yolu ilə inkişaf edən, bölgə üçün sülh və sabitliyə töhfə verəcək bir vəziyyətə çevrilir".

Türkiyənin terrorla mübarizə və immiqrasiya probleminə həll yolu tapmaq üçün çalışdığını vurğulayan H.Akar, “Arzumuz budur ki, sülh, əmin-amanlıq və sabitlik yaransın, ölkəmizdə qonaq etdiyimiz suriyalı qardaş və bacılarımız da BMT mətnlərində deyildiyi kimi, öz torpaqlarına dönsünlər, təhlükəsiz və etibarlı şəraitdə yaşasınlar" - deyə vurğulayıb.

Danışıqlara Suriya Milli Ordusunun reaksiyası ilə bağlı suala Akar, "Nə Türkiyədə, nə də Suriyada birlikdə olduğumuz qardaşlarımıza qarşı heç bir tədbir görmədik və etməyəcəyik. Onlar da bunu bilməli və təxribatlara uymamalıdırlar" - cavabını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu