Hulusi Akar amerikalı həmkarı ilə danışıb
Türkiyənin Milli Müdafiə naziri Akar ABŞ müdafiə naziri Ostin ilə telefonla danışıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıqlarda nazir Akar terrorla mübarizə əməliyyatlarında yeganə hədəfin terrorçular olduğunu vurğulayıb. Pentaqon rəhbəri sözügedən danışıqlarla bağlı maraqlı ifadə işlədib. Belə ki, o, “Türkiyənin Suriyada təşkil edəcəyi yeni əməliyyatın əleyhinəyik” - deyə bildirib.