Hulusi Akardan Paris terroru açıqlaması: "Bəslədikləri ilan özlərini sancmağa başladı"
Türkiyənin milli müdafiə naziri Hulusi Akar PKK tərəfdarlarının Fransanın paytaxtı Parisdə həyata keçirdikləri terror aktları ilə bağlı açıqlama verib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akar “Fransızların bəslədiyi ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”, - deyə bildirib. O, daha sonra qeyd edib: “Terrorçulara kömək və dəstək olmağın nə qədər çətin olduğunu gördülər. Bənzər bir şey buradan uzaqda baş verdi. Harada baş verdi? Parisdə. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”.