Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşüb


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Fransanın Avropa və Xarici İşlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.


AFN.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı 23 dekabrda Parisdə fransız əsilli vətəndaşın gerçəkləşdirdiyi terror aktından sonra baş verən zorakılıq halları müzakirə edilib. Nazir Çavuşoğlu Fransanın PKK/PYD/YPG-nin, beləliklə də terror təşkilatlarının əsl üzünü gördüyünü bildirib. O, Fransa rəsmi dairələrinin, rəsmi şəxslərinin bu terror təşkilatları, onların rəhbərlərilə olan münasibətlərdən, o təşkilatların simvollarının fransız rəsmi, nüfuzlu şəxslərin fotolarından boylanmasından söz edib. "Bunlar qəbuledilməz. O təşkilatların təbliğatına yol verilməməlidir" - deyə Çavuşoğlu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu