Vaginizm: Bədəniniz seksə "Yox" deyəndə


"Siz bədəninizin nə etdiyinə heç də həmişə nəzarət edə bilmirziniz. Sizin iradənizdən asılı olub-olmadan."


Isley Lynn yeniyetmə yaşlarında özünün ilk dəfə hiss etdiyi seksual təcrübəsini təsvir edərkən uğursuz birisi olduğu qənaətindədir.

"Mənə bu, ürəkağrıdıcı gəldi. Sanki, özümü sındırılmış hiss etdim. Nəyə görə isə özümü təqsirkar hiss edirdim" .

Çoxları ilk seksual əlaqə zamanı bacarıqsızlığı və yöndəmsizliyi qeyd edirlərsə, Isley-nin reaksiyası, barəsində az danışılan patoloji halın nəticəsi olub.

Hazırda 30 yaşı olan və hələ də vaginizmdən əziyyət çəkən Isley bu məsələylə bağlı təcrübəsini müəllifi olduğu və qastrollar verdiyi Scin a Cat (Pişiyi soy) adlı tamaşasında təsvir edib.

Britaniya Səhiyyəsində vaginizm, vaginaya müəyyən və ya hər hansı müdaxiləyə bədənin avtomatik reaksiyasıdır.

Vagina əzələləri gərginləşir və qadın buna nəzarət edə bilmir.

Vaginizmdən əziyyət çəkən qadınlar üçün yandırıcı ağrıya görə tampon qoymaq, cinsi əlaqəyə girmək çətin ola bilər.

"Mən ilk dəfə tamponu 10 yaşım olanda qoydum. Dözülməz idi, elə bil, dəlik heç yox idi, sanki dəlik olmalı yerin əvəzində divar idi, - Isley deyir. - İlk sevgilimdən sonra anladım ki, nəsə qaydasında deyil".

Tamponlardan istifadə problemli ola bilər.

Vaginizmi olan qadınlar üçün tampondan istifadə etmək problemli ola bilər.

Bu məsələ Isley-nin partnyorları ilə münasibətlərinə də böyük emosional təzyiq göstərib.

"Mənim yadımdadır, qorxu hissi keçirirdim ki, partnyorlarım düşünə bilərdilər ki, mən onları sevmirəm və ya mən onları fiziki cəhətdən cəlbedici saymıram", - o deyir.

Isley-ə vaginizm diaqnozu yeniyetmə dövründə qoyulub. Onun müalicəsi psixoterapiya ilə və vagina əzələlərinin boşalması üçün tədricən ölçüsü artırılan vaginal imitator vasitəsilə aparılıb.

Isley deyir ki, müalicənin ilk seanslarından sonra ona aydın oldu ki, bu üsul effekt vermir və onun uzunmüddətli xoşbəxtliyini təmin etmir.

Vaginizmin müalicəsi kompleksinə, o cümlədən, psixoseksual terapiya və əzələ gərginliyinin aradan qaldırılması texnikası da daxildir.

"Həkim məndən soruşdu ki, mənim normallaşmaq hissim nə qədər güclüdür, mən nə dərəcədə buna nail olmaq istəyirəm?"

"Və məhz həmin söhbət tamaşanın final səhnəsinə salınıb. Tamaşa qəhramanından xahiş olunur ki, seksual həyatından nə istədiyini müəyyən etsin".

"O başa düşür ki, seksual həyatından ləzzət almaq üçün o heç də başqaları kimi olmamalıdır, onu xoşbəxt edən nədirsə, onu etməlidir".

Britaniyada nə qədər qadının vaginizmdən əziyyət çəkdiyini müəyyən etmək çətindir, lakin bu yaxınlarda keçirilmiş sorğunun nəticələri göstərib ki, hər 10 britaniyalı qadından təxminən birində cinsi əlaqə ağrı verir.

Bunun səbəbləri müxtəlif ola bilər, lakin vaginizm onlardan biridir.

"Vaginizm bədənin avtomatik reaksiyasıdır və bu mənada ağrı hissindən fərqlidir", - Glasgow Kraliça Elizabeth Universitet Hospitalının ginekoloq və akuşeri, doktor Vanessa Mackay deyir.

"Qadınlar seksual problemlərindən danışmadıqlarından, vaginizmi olanların dəqiq sayını bilmək çətindir", - doktor Mackay əlavə edib.

Vaginizmin müalicəsi zamanı onun fiziki səbəblərini aradan qaldırmaqla yanaşı psixoloji tərəfinə də, penetrasiya qorxusuna da diqqət ayrılır.

Doktor Mackay-ın sözlərinə görə, çox vaxt psixo-seksual konsultasiyadan istifadə olunur : "Bir növ, bədənin xüsussiyyətlərini hiss etməyə və anlamağa kömək edən terapiya səciyyəli söhbətlər aparılır".

"Relaksasiya kimi texnika sizin vaginal əzələlərinizin boşalmasına kömək edir. Yerdə çanaq məşqələləri də bəzən vaginizmin müalicəsi üçün istifadə oluna bilər".

"Bizim məsləhət gördüyümüz vaginal imitatorlar da yumşaq tampona bənzər əşyalardır, onların müxtəlif qalınlığı olur ki, vaginanızda nəyinsə olduğuna öyrəşə biləsiniz".

23 yaşlı Teresa da vaginizmdən əziyyət çəkir, o deyir ki, diaqnozu müəyyən ediləndən sonra ona müxtəlif müalicə üsulları təklif olunub.

"Həkimlərdən biri hipnozdan keçməyimi məsləhət etdi. Mən onu etdirdim, amma heç bir köməyi mənə dəymədi.", - Teresa deyir.

"Mənə kömək edən müxtəlif ölçülü şamlar oldu, onlardan istifadə etməklə özünü boş tutmağa öyrədə bilirsən".

"İndi həyatım kifayət qədər yaxşıdır, narahatlığım yoxdur. Özümü boş tuta bilirəm, xeyli yaxşı hiss edirəm. İlk əvvəl çətin idi, amma düşünürəm ki, özünə uyğun olan üsul tapandan sonra hər şey asanlaşır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu