“VPN” istifadə etməyin zərərləri nələrdir?


“VPN” (Virtual Şəxsi Şəbəkə) müxtəlif şəbəkələrə qoşulmağa imkan verən internet texnologiyasıdır. İstifadəçinin internetdə IP ünvanını gizlətmək və ya internetdə girişi bloklayan proqramlardan yan keçmək üçün hazırlanmışdır.

AFN Trend-ə istinadən xəbər verir ki, həm stolüstü kompüterlər, həm smartfonlar, həm planşet kompüterlər, “Chrome”, “Firefox” və s. internet brauzerlərinə əlavələr kimi quraşdırıla bilən “VPN” və “Proksi“ xidmətlər tətbiqləri var.

Bəs “VPN” və “Proksi “xidmətlərinin istifadəçilərə təsir edə biləcəyi bəzi təhlükələri hansılardır?

1) İstifadəçi “DNS” sorğularını dəyişə bilər və istifadəçi daxil olmaq istədiyi internet saytından fərqli bir sayta yönləndirilə bilər. Məsələn, istifadəçini daxil olmaq üçün saxta bank saytına yönləndirməklə parollar və kredit kartı məlumatları oğurlana bilər.

2) “VPN” istifadə edərkən bank hesabınıza daxil olsanız, istifadəçi adı və parol məlumatları oğurlana bilər.

3) Əgər “e-poçt” hesabı “VPN” istifadə edərkən daxil olarsa, “e-poçt” parolu oğurlana bilər və bu məlumatla istifadəçi adından “e-poçt” göndərilə bilər.

4) Bənzər bir vəziyyət sosial media hesabları üçün də keçərlidir. “Twitter” və “Facebook” kimi sosial me proksi dia saytlarına “VPN” vasitəsilə daxil olmaq giriş məlumatlarına girişlə nəticələnə bilər.

5) İnternetdə bulud saxlama xidmətlərindən istifadə edərkən “VPN” istifadə etmək bütün məlumatların arzuolunmaz əllərə keçməsinə səbəb ola bilər. Şəxsi fotoşəkillər kimi başqasının görməsini istəməyən məlumatları əldə edən pis niyyətli insanlar onlardan təhdid kimi istifadə edə bilərlər.

6) Kompüterlərə “trojan”, “virus” və s. Zərərli proqram quraşdırıla və ya "man in the middle" (ortadakı adam) hücumlarına məruz qala bilər.

7) “VPN” tətbiqləri istifadə edildikdə istifadəçinin internet sürəti də azala bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu