Zelenskinin köynəyi sosial mediada gündəm oldu - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Müstəqillik Günü geyindiyi köynək sosial mediada gündəm olub.
AFN xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin geyindiyi “vişivanka” adlanan ənənəvi Ukrayna köynəyində tank və zirehli texnikanın işləmələri əks olunub.
Köynənin yuxarı hissəsindəki tikmədə kişi və qadın fiquru, ortada Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşın, aşağıda isə tank fiquru olub.