Azərbaycan xüsusi xidməti Ermənistanın "Viva MTC" mobil operatorunun nömrələrindən istifadə edirmiş?


Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib.


AFN.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. Onun sözlərinə görə, Ermənistanın "Joxovurd" qəzeti yenidən "Viva MTC" operatorunu mobil nömrələri Azərbaycan xüsusi xidmət orqanlarına və Azərbaycan vətəndaşlarına satmaqda ittiham edib: "Səhmləri Rusiyaya məxsus olan, Ermənistanın ən böyük mobil operatoru olan "Viva MTC" isə yazılanları təkzib edir. Ermənistan xüsusi xidməti də qəzetin iddiasının doğru olmadığını, mobil nömrələrin Azərbaycan pastortu olan şəxslərə satılmadığını və ya hansısa kiber hücumla ələ keçirilmədiyini bildirib.
Xatırladıram ki, ötən illər də bu tip iddialar Ermənistan mətbuatında yer almışdı. O zaman Ermənistan Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən aparılan bu tip fəaliyyətin üstünün açıldığını bildirmişdi. İndi isə "Viva MTC" cəmi iki mobil nömrənin sosioloji sorğu keçirən hansısa şirkətlərə satıldığını bildirib. Hansı ki, qəzet iddia edir ki, məhz bu nömrələrlə Ermənistan vətəndaşlarına zənglər edilib, onlarla Ermənistanda və orduda olan vəziyyətlə bağlı sorğular aparılıb.
Qəzet Azərbaycan xüsusi xidmətini Ermənistanın mobil operatorlarına məxsus telefonlardan istifadə etməklə bu ölkəyə qarşı "şpionajlıqda" ittiham edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu