Qonşu ölkələrin mobil operatorları 5G-dən danışır, "Azercell" hələ 4G-dədir


Azərbaycan İnternet Forumunun rəhbəri, İT üzrə mütəxəssis Osman Gündüz "Azercell" şirkətinin 4G və bu texnologiya əsasında şəbəkəsinin yeniləməsi və genişləndirməsi ilə bağlı yaydığı açıqlamanı şərh edib.


AFN.az xəbər verir ki, ekspert öncə şirkətin bu barədə xəbərə seçdiyi başlığı gündəmə gətirib: "Azercell" açıqlama yayıb, başlığını “Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır” deyə təqdim edib. Əla başlıqdır. Amma söhbət 4G-dən və bu texnologiya əsasında şəbəkənin yenilənməsi və genişləndirilməsindən gedir. Rəqəmlərə diqqət yetirdikdə görmək olar ki, dövlət şirkəti olan "Azercell" həqiqətən də son bir-iki ildə şəbəkəsini xeyli yeniləyə bilib. Onlarla yeni baza stansiyası quraşdırıb, yüzlərlə baza stansiyasını təkmilləşdirib. Amma burada ciddi düşündürücü məqam var: Qonşu ölkələrin operatorları da bu tip açıqlamalar verirlər və biz onları da diqqətlə izləyirik. Lakin bizim operatorlarla onların prioritet mövzuları arasında kəskin texnoloji fərqlər var. Məsələn, Qazaxıstan, Ermənistan, Gürcüstan və digər ölkələrin mobil operatorlarının bu tip açıqlamalarında söhbət 5G şəbəkəsindən gedir. İnvestisiyalar bu yöndə yatırılır. Müzakirələr bu istiqamətdədir. Onların qlobal şirkətlərlə, "Huawei", "Nokia", "Eriksson" və digərləri ilə əməkdaşlıqları məhz bu yöndədir. Ümid edirəm İKTA və mobil operatorlarımız da bu fərqləri görürlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu