Azərbaycanda son sutkada 437 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu