"Siyasi partiyalar haqqında" qanun tənqid edildi

İndi xəbərlərdən məlum olur ki, Azərbaycanda siyasi Partiyalar haqqında Qanun layihəsi hazırlayıblar. Layihənin təqdimatına dair xəbərin ilk cümləsini oxuyandan sonra davamını oxumağa ehtiyac qalmır.
AFN.az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Əhmədoğlu bildirib. Onun sözlərinə görə, layihədə qeyd edilib ki, siyasi partiya təsisçisi olmaq üçün sıravi təsisçilər azı son 20 ili Azərbaycanda daimi yaşayan şəxslər olmalıdır: "Bu layihəni yazanların məntiqinə mat qalmamaq mümkün deyil. Azərbaycan Konstitusiyasının 100-cü maddəsi bu ölkəni bütünlüklə əmanət etdiyimiz prezidentin cəmi 10 il Azərbaycanda daimi yaşamasını tələb edir. Amma bir partiyanın 200 təsisçisinin hər birindən 20 il! Bu layihənin davamını oxumağa ehtiyac varmı?"