Mübariz Pənahov təltif olundu


Sədərək Gömrük-Keçid Məntəqəsinin sabiq müdiri, əhali arasında daha çox "Laba" ləqəbiylə tanınan Mübariz Pənahov Azərbaycan Prezidenti adından mükafatlandırılıb.



AFN xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti adından Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun müvafiq əmri ilə Mübariz Həsən oğlu Pənahov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, M.Pənahov ümumilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışında, eləcə də onun Naxçıvanda mühafizəsinin təşkilində fəal iştirak edən şəxslərdən biridir.
Hazırda SOCAR Təhlükəsizlik Xidməti rəisinin müavini vəzifəsini tutan Mübariz Pənahovun bugünlərdə 60 yaşı tamam olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu