Ukrayna əsgərləri rusiyalı polkovnik-leytenantı əsir götürdü
Ukrayna əsgərləri Rusiya Silahlı Qüvvələrinin 18-ci motoatıcı briqadasının polkovnik-leytenantını əsir götürüblər.
Onun əsir götürüldüyü anın fotosu Ukraynanın teleqram kanallarında yayılıb.
Bildirilir ki, əsir götürülən şəxs Artyom Vladimiroviç Helemendikin 39 yaşı var. O, 90 151 saylı hərbi hissənin məntəqə rəisidir.