Türk azarkeşlər Ermənistan millisinin paylaşımına Azərbaycanla bağlı şərhlərlə cavab verdi - FOTOLAR

AVRO-2024-ün seçmə mərhələsi üzrə D qrupunda Türkiyə və Ermənistan komandaları üz-üzə gələcəklər.
AFN offsideplus.az-a istinadən xəbər verir ki, püşkdən sonra Ermənistan Futbol Federasiyasının tvitter səhifəsi rəqiblərini salamlayıb. Bəzi türk azarkeşlər isə rəy bölməsində Azərbaycan və Türkiyə bayrağını paylaşıb, "Qarabağ Azərbaycandır" şüarları qeyd ediblər.
Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək. D qrupunda mübarizə aparan Türkiyə millisinin rəqibləri Xorvatiya, Uels, Ermənistan və Latviyadır.
Bəzi maraqlı şərhləri təqdim edirik: