Şirkət rəhbəri qardaşı oğlunu hərbi xidmətdən yayındırmaq üçün 16 min manat rüşvət verib - İDDİA


Müharibədən sonra Bakıda "neqodnı", yəni xəstəlik adı ilə hərbi xidmətdən yayınma pulu da ikiqat artıb. Bir gəncin hərbi xidmətdən yayınması üçün təxminən 7-10 min manat arası, hər 3 ildən bir də (35 yaşa qədər) 1500 manat verməsi lazımdır. Harasa sifarişli saldırmaq 4500 manat, gecikdirmək 1000 manatdır. "Qodnı" isə, (yəni xəstəliksiz filansız, adın xidmətdə gedir, özün isə evdə) Bakıda 70-80 min civarındadır. Tanışla filan ucuz da tapmaq olar. Bu qiymətlər regionlar və rayonlara görə dəyişir.


AFN.az xəbər verir ki, bunu bloger Həbib Müntəzir yazıb. O qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov adlı biznesmen var: "Onun "Poliplast" və "Tuna" adlı iki şirkəti var. Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.
Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu, sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var.
Bu arada MAXE olmaq üçün də müəyyən miqdar pul verib hərbi xidmətdə işə düzəlirsən - 2000-3000 arası. Bunu hərbi sistemdə bilməyən yoxdur. Hərbi hissələrdəki kadrlar şöbəsinin rəislərindən tutmuş, korpus komandirinə, ordan da MN-ə qədər bu şəbəkə uzanır".
H.Müntəzir qeyd edib ki, Ordunun və Müdafiə Nazirliyinin adını batiranlar vəzifədə olan, mükafat alan şəxslərdir: "Bu korrupsiya və rüşvəti aradan qaldırmaq əvəzinə, vətəndaşları cəzalandırırsınız. Özünüzə bənzər cəmiyyət yetişdirmisiz, onlar da bütün həqiqətləri yazanları, sülh istəyənləri söyüb batırırlar. Siz də gedib qırılıb batan, kasıb-kusub balalarının hesabına, onlardan oğurladığınız pullar, həyatlar üzərində villalar, malikanələr tikib, şah-bəy kimi yaşayırsınız".
H.Müntəzirin sosial şəbəkədə paylaşdığı bu məlumata Rəşid Çulaqov reaksiya verib. O bildirib ki, deyilən sözlər sübuta yetirilməlidir. O bildirib ki, gardaşı oğlu Xaçmazda yox, Bakıda 2010-cu ilsən qeydiyyatdadır. Hərbi geydiyyatı da Xaçmazda yox, Bakıdadır. R.Çulaqov onu da qeyd edib ki, qardaşı oğlu xəstəlik səbəbindən hərbi xidmətə getməyib: "Vətən üçün bir Turqut yox, min Rəşid də gurbandı. Haqqpərəst olsaydın, bacım oğlunu da gərək geyd edəydin - 3 rayonun azad olunmasında iştirak edib, travma alıb, hazırda Turkiyədə öz hesabımıza mualicə edilir. Şirkətimdən bəhs etdin, amma orda işlə təmin etdiyim və öz övladım kimi ünsiyyətdə olduğum qazilərimizdən bəhs etmədin, təəssüf edirəm ki, hər şeyi garışdırıb bir buket etmisən. O ki galdı Tərəqqi medalına, mən ona layiq olmağa ve ehtimadı doğrultmaya çalışacam inşallah".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu