Xarkovda “Vaqner”in iki diversiya qrupu zərərsizləşdirilib


Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov vilayətində Rusiyanın “Vaqner” Xüsusi Hərbi Komandasının iki diversiya qrupunu zərərsizləşdiriblər.



AFN xəbər verir ki, bu barədə məlumatı UNIAN yayıb.

Bildirilib ki, “Vaqner” üzvlərinin zərərsizləşdirilməsi əməliyyatını Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Mərkəzi Xüsusi Əməliyyatı qrupu həyata keçirib.

Qeyd edilib ki, onların arasında diversiya kəşfiyyat qrupunun komandiri də var.

Məlumata görə, hazırda komandir Xidmətdə dindirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu