Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb - FOTO


Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb .



AFN report-a istinadən xəbər verir ki, hadisə rayonun Xalxal kəndi ərazisində, meşəlik ərazidə baş verib.

Belə ki, rayonun Ərmənət kənd sakini 1992-ci il təvəllüdlü Vüqar İlqar oğlu Mustafayev meşədə odun kəsərkən kəsdiyi ağacın budağınım altında qalıb.

Hadisə zamanı ağır xəsarət alan 30 yaşlı V. Mustafayev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu